08 Yanvar 2020
22:32
251

Tanınmış gənc Lerikdən deputatlığa namizəd oldu

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri, tanınmış jurnalist Fərid Şahbazlı 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

İslahat.az xəbər verir ki, tanınmış gənc fəal namizədliyini 78 saylı Lerik seçki dairəsindən irəli sürüb. Fərid Şahbazlı bununla bağlı sosial şəbəkəsindəki hesabında yazıb:

"Cənab Prezident İlham Əliyevin "Ümid edirəm ki, gənclər də növbədənkənar parlament seçkilərinə çox fəal qoşulacaqlar” çağırışından güc alaraq, Azərbaycanda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək qərarı verdim.

Əslən Lerikdən olan bir gənc kimi namizədliyimi 78 saylı Lerik seçki dairəsindən irəli sürdüm.

Artıq vətəndaşlarla tək-tək görüşərək topladığımız 500 imzanı 78 saylı Lerik seçki dairəsinə təqdim etdik.

Bir gənc namizəd olaraq, mənə imza verən, dəstəyini ifadə edən bütün dəyərli Leriklilərə təşəkkür edir, onların etimadına layiq olmaq üçün mümkün olan hər şeyi edəcəyimizə söz verirəm!”

İslahat.az