18 Avqust 2021
12:38
23982

"Taliban" üzvləri qadını çadra geyinmədiyi üçün güllələdi - Qandonduran FOTO

Əfqanıstanda "Taliban” qruplaşmasının üzvləri bir qadını geyiminə görə qətlə yetirib.
 
İslahat.az xəbər verir ki, bu barədə ABŞ-ın "FOX News” telekanalı məlumat verib.

Bildirilib ki, Əfqanıstanın Taxar vilayətində bir qadın şəriət qaydalarına uyğun çadra geyinmədiyinə görə "Taliban” qruplaşmasının üzvləri tərəfindən güllələnib.
 
Xatırladaq ki, ötən gün "Taliban”ın sözçüsü Süheyl Şahin qadınların işləməsi və oxuması barədə müsbət mesajlar vermişdi.
İslahat.az