28 Aprel 2022
11:30
18927

Şuşada beynəlxalq konfrans keçiriləcək – Hikmət Hacıyev açıqladı

Şuşada "Şuşa Məclisi Müzakirələri” formatında beynəlxalq konfrans keçiriləcək.

İslahat.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter” hesabında bildirib.

O qeyd edib: "Ağdamın adını daşıyan təyyarə ilə Füzuli hava limanına uçuruq. Məqsədimiz "Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə "Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirməkdir. Şuşa həm də regionun diplomatik paytaxtı olur”.

İslahat.az