03 Sentyabr 2019
17:39
1200

Sürücülərin diqqətinə!

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə saat 13:00-dan başlayaraq axşam saatlarına qədər Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

İslahat.az xəbər verir ki, bundan başqa, axşam saat 22:00-dan səhər saatlarınadək Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, Binəqədi rayonu Məsud Davudoğlu küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri və Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi ilə Aleksandr Puşkin küçəsinin kəsişməsində sarı tor zolaqlarıının çəkilişi işləri aparılacaq.

İslahat.az