22 May 2019
15:07
836

Sumqayıtda uşaq bağçasında yanğın — 15 azyaşlı təxliyə edildi

Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
İslahat.az