29 İyul 2020
10:36
357

ÜST: Yoluxanların sayı 226 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 226 mindən çox artıb.

İslahat.az bildirir ki, "TASS"ın yaydığı məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 28-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 226 783 nəfər yeni koronavirusa yoluxub, 4 153 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 16 341 920, ölənlərin isə 650 805 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 728 962 yoluxma və 339 651 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 261 042, ölənlərin sayı isə 210 897 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 838 380 yoluxma və 41 366 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

İslahat.az