04 Noyabr 2021
13:08
20685

ÜST-ün Baş direktoru Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə təltif edilib.

İslahat.az xəbər verir ki, o, təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Biz planetimizin insanlarının sağlamlığını təmin etməliyik. Biz həmrəyliklə bu pandemiyadan üzüağ çıxacağıq. Bu medala görə təşəkkür edirəm”, - o vurğulayıb.

Qeyd edək ki, təltiflə bağlı qərar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunda açıqlanıb. ÜST-ün Baş direktoru tədbirə videokonfrans vasitəsilə qatılıb.

İslahat.az