30 İyun 2022
11:23
17953

ÜST-dən XƏBƏRDARLIQ: “Vəziyyət kəskinləşə bilər…”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19-a yoluxma hallarının 100-dən çox ölkədə artdığına diqqət çəkib.

İslahat.az xəbər verir ki, Qebreyesus açıqlamasında COVID-19-un alt variantları olan BA.4 və BA.5-in 110 ölkədə yoluxma hallarının artmasına səbəb olduğunu ifadə edərək, qlobal vəziyyətin kəskinləşə biləcəyinə diqqət çəkib.

Epidemiyanın hələ bitmədiyinə işarə edən Qebreyesus: "Epidemiya forması dəyişir, amma bitməyib. Hesabat və genomik ardıcıllıqlar azaldıqca, virusu izləmək qabiliyyətimiz təhlükə altına düşür, yəni Omikronu izləmək və gələcəkdə yaranan variantları təhlil etmək çətinləşir",-deyə bildirib.

ÜST sədri bütün ölkələrin əhalisinin ən azı 70 faizinin peyvənd edilməsi tələbi ilə bağlı müddətin daraldığına da diqqətə çatdırıb.

İslahat.az