31 May 2022
12:00
19756

ÜST-dən ŞAD XƏBƏR: pandemiya olmayacaq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, meymunçiçəyi xəstəliyinə yoluxma hallarının artması yeni pandemiyaya səbəb olmayacaq.

İslahat.az xəbər verir ki, bu barədə ÜST-nin Çiçək xəstəliyinə qarşı Fövqəladə Proqramından Rosamund Lyuis məlumat verib.

O qeyd edib ki, xəstəliyin heç bir əlaməti olmayan yoluxmuş insanların xəstəliyi adlaya biləcəyi hələ də məlum deyil.

May ayı ərzində Avropada və dünyanın digər yerlərində 300-dən çox təsdiqlənmiş və potensial meymunçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınıb.

Mütəxəssislərin fikrincə, xəstəlik əsasən cəmiyyətdə yayılır. Meymunçiçəyi isə asən hava-damcı yolu ilə, həm də xəstənin bədəninin ifraz etdiyi mayelərlə, qan və ya xoralarla təmasda olur.

İslahat.az