28 İyul 2020
09:54
166

ÜST: 254 274 nəfər yeni koronavirusa yoluxub

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 254 mindən çox artıb.

İslahat.az bildirir ki, məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 27-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 254 274 nəfər yeni koronavirusa yoluxub, 5 490nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 16 114 449, ölənlərin isə 646 641 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 610 134 yoluxma və 337 439 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 234 043, ölənlərin sayı isə 210 518 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 786 145 yoluxma və 40 615 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

İslahat.az