17 İyul 2019
17:28
942

Sosial şəbəkələr çökdü

Ən çox istifadəçisi olan "Facebook” və "Instagram” sosial şəbəkələrinin işində problemlər yaranıb.

İslahat.az xəbər verir ki, hazırda dünya üzrə sosial şəbəkələrin fəaliyyəti dayanıb və istifadəçilər hesablarına daxil ola bilmirlər.

"Whatsapp”ın işində də müəyyən problemlər müşahidə olunur. Belə ki, istifadəçilər bir-birinə səs, foto və video göndərə bilmirlər.

Problemlərin səbəbləri hələlik məlum deyil.
 
İslahat.az