05 Yanvar 2022
17:02
20378

“Son zamanlar ölkədə koronavirusa yoluxma sayında azalma müşahidə olunur” - Həkimdən AÇIQLAMA

"Son zamanlar ölkədə koronavirusa yoluxma sayında azalma müşahidə olunur”.

İslahat.az xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva koronavirusla bağlı vəziyyətə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, yoluxmanın az olması təcili tibbi yardıma daxil olan müraciətlərin sayına da təsirsiz ötüşməyib:

"Gün ərzində bununla bağlı xəstəxanalara çox az sayda çatdırılma olur. Bəzən adi soyuqdəyməsi olan zaman belə ehtiyat məqsədilə insanlar həkimə müraciət edib yoxlanmaq istəyirlər. Son vaxtlar COVID-19-la əlaqəli təcili yardıma müraciət sayında azalma qeydə alınıb ki, bu da sevindirici haldır”.

İslahat.az