Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2266 yeni yoluxma faktı qeydə alınıb, 1194 nəfər müalicə olunaraq sağalıb.
İslahat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 552, bu günə qədər isə ümumilikdə 5 131 033 test icra olunub.
İslahat.az