23 May 2020
15:26
406

Son həftədə dünyada 30 min insan pandemiyanın qurbanı olub

Dünyada koronavirusdan ölənlərin sayı 340 230 nəfərə yüksəlib.

İslahat.az xəbər verir ki, son 7 gündə dünyada 30 mindən çox insan pandemiyanın qurbanı olub.

Virusdan ən çox ölüm faktı ABŞ (96 007), Böyük Britaniya (36 393) və İtaliyada (32 616) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı 5 milyon 318 mini, sağalanların sayı isə 2 milyon 169 mini keçib.

Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölənlərin sayı 46 nəfərdir. Ölkəmizdə indiyədək 3 855 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 399 nəfəri sağalıb.
 
İslahat.az