25 Dekabr 2020
19:26
3852

SOCAR yaxın dövrdə azad edilən torpaqlara öz töhfəsini verəcək - RƏSMİ + VİDEO

SOCAR gəlirlərindən Azərbaycan dövlətinə birbaşa köçürmələrin edilməsi müzakirə olunur.

İslahat.az-ın məlumatına görə, bunu Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, SOCAR gəlirlərindən illik 1,3-1,5 milyard manat civarında dövlət büdcəsinə vergi köçürülür. Bu günə qədər isə birbaşa mənfəətdən ödəmələrin həyata keçirilməsi olmayıb. Hazırda bu məsələ müzakirə olunur.

 

"Bu günə qədər şirkət ölkədə bir çox sosial layihələri maliyyələşdirib. Bu xərclər hesabatlarda da öz əksini tapıb. Müxtəlif obyekt, məktəblər, yol infrastrukturu layihələrinin icrası üçün şirkət tərəfindən vəsait sərf olunub. Növbəti dövrdə SOCAR-ın büdcəyə birbaşa dividendlərinin və ya digər formada köçürmələrin icra mexanizmləri də müəyyən olunacaq. 

Son illər ərzində SOCAR 8-9 milyard ABŞ dolları civarında məbləği ölkədəki sosial ehtiyaclara yönləndirib. Şirkət növbəti dövrdə öz rentabelliyini (gəlirliliyini) artırmağa nail olacaq. Bildiyiniz kimi Azərbaycan İnvestisiya Holdinqi yaradıldı və dövlət şirkətlərinin əməliyyat fəaliyyətlərinin atırılması ilə bağlı məsələlər müzakirə olundu. Gələn ildən SOCAR-ın daha da effektiv işləməsini müşahidə edəcəyik. Onu da qeyd edim ki, azad edilən ərazilərə qayıdışda Azərbaycan neftçilərinin böyük töhfəsi olacaq”.

Nigar Məmmədova