30 Mart 2020
12:19
564

SOCAR: Yanacağın satışı ilə bağlı narahatlığa əsas yoxdur

Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.

İslahat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir: "Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”,- açıqlamada qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə şəxsi avtomobillərə benzin satışının həyata keçirilməyəcəyi ilə bağlı məlumatlar yayılıb.

İslahat.az