10 Dekabr 2019
11:56
728

SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

İslahat.az xəbər verir ki, imzalanma Bakıda keçirilən "Energy Forward” tədbirində baş tutub.

İlk sənəd yuxarı axın əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumudur. Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir.

"Baker Hughes” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi Azərbaycanın neft və qaz sənayesində inkişafa dəstək olmaqla, yerli resurslar və imkanlardan daha səmərəli istifadəyə şərait yaradacaq.

Digər sənəd "Baker Hughes” və SOCAR-ın Neft və Qaz Tədqiqatı və Layihələndirmə İnstitutu arasında imzalanıb və SOCAR-ın Azərbaycanda mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşmadır.

Qlobal hasilat standartlarını təqdim etməklə, "Baker Hughes” və SOCAR yerli istismar təşkilatlarına ölkə daxilində və Xəzər dənizi regionunda aparıcı layihələrə qoşulmaq imkanı verəcək. Bu təşəbbüs həmçinin, yerli imkanları genişləndirmək və təkmilləşdirməklə biliklərin ötürülməsinə imkan verəcək və uzun-müddətli strateji fayda yaradacaq.
İslahat.az