10 Sentyabr 2019
14:02
843

ŞİRVAN EL MƏZARLIĞINDA ŞƏHİDLƏRİN XATİRƏ GUŞƏSİ YARADILDI-FOTOLAR

Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi­hə­sini Şirvan şəhərində həyata keçirdərək, Şirvan şəhər el məzarığında dəfin olunmuş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda  şəhid olmuşların məzarlarının və onların xatirələrini əbədləşdirmək üçün böyüyüb boya-başa çatdıqları küşələrdə düzəldilmiş xatirə güşələrinin vəziyətlərinə manitoring edilərək, unudulmuş şəhidlərimiz siyahısı müəyyən edilmişdir.

"Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun  mətbuat katibi Təbriz Məhərrəmoğlu-nun İslahat.az verdiyi məlumata görə,layihə çərçivəsində Şirvan şəhərində həmçinin, aidiyyati olan, idarələr ilə əməkdaşlıq edərək,  Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarlada itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə dövlət tərəfindən nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarında yaranmış problemlərin həlinə hüquqi köməklik  göstərilmişdir.

09  sentiyabr  2019-cu il tarixində, Şirvan şəhərində həyata keçirilən layihənin yekunu olaraq, Şirvan şəhər el məzarığında dəfin olunmuş 18 nəfər şəhidlərin xatirəsini əbədləşdirmək üçün düzəldilmiş Şəhidlərin xatirə güşəsinin açılışı oldu.

Tədbir ilk öncə, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş şəhidlərimizin  xatirəsi yad edilərək, onların rühlarına  yasın və duallar oxundu .

Sonra, "Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layi­hə­sini direktoru, Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin direktoru Sərraf Oruc həyata keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verərək, bildirdi ki,  1990-1994-cü illərdə, Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün, Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə, Bakıda və rayonların el məzarlılarında dəfn olunmuşlar. 

Bakının, Səbail, Yasamal, Nizami, Binəqədi, Xətai, Sabunçu, Abşeron rayonlarında və regionlardan isə Şirvan şəhərinin el məzarlıqlarında keçirdiyimiz manitorinqlər zamanı məlum etdik ki, el məzarlıqlarında dəfin olunmuş bəzi şəhidlərin məzarları və onların xatirələrini əbədləşdirmək üçün küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, onların valideyinləri vəfat etdikdən sonra, adiyyəti qrumların öz işlərinə məsuliyyətli yanaşmaması üzündən və vətəndaşların layqeyidliyi səbəbindən baxımsız qalmışdır.

Rayon İcra Hakimiyyətlərin, Bələdiyyə İdarəlrinin və məzarlıqlara baxan adiyyəti qrumların rəhbərlərinin məzarlıqlarda neçə nəfər şəhid məzarının olmasını və onlar harada dəfn olmarı barəsində məlumatları yoxdur.

Müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların Vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.

Şirvan şəhər ümumi salınmış Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuş 120 nəfər şəhidin və 25 nəfər itgin düşmüş döyüşçünün məzar vardır.

Şirvan şəhər el məzarlıqında keçirdiyimiz manitorinqlər zamanı 18 nəfər şəhid məzarı aşkar edərək, onların vəziyyətlərinə baxış keçirilmişdir. El məzarlığında dəfn olunmuş şəhid məzarlarının çoxusunun şəhid olmaları barəsində məzar üstü baş daşlarına heç bir fərqlənmə nişanələri vurulmayıbdır.  Sanki bu şəhidlər vətən uğrunda canlarını fəda verməmişlər. Buna görə, biz layihəyyə cəlb edilmiş əməkdaşların köməkliyi ilə, şəhid məzarlarını saatlarla axtardıqdan sonra  şəhidlərin məzarlarını müəyyən edərək, onların siyahılarını tutmuşuq. 

Azərbaycanın bütün el məzarlığlarında, Türkiyyə dövlətində olduğu kimi, şəhidlərə yüksək dəyər verilərək, onların məzarları kimi, bütün şəhidlərin məzarlarının üstündə Azərbaycan bayrağı sancılaraq, onlar İcara Hakimiyyətləri və Bələdiyyə idarələri tərəfindən dayma nəzarətdə saxlanılaraq, şəhidlərimizə vətəndaşların sayğısını artırılmalıdır.

Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.

Sərraf Oruc çıxışının sonunda, "Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin həyata keçməsində və Şirvan şəhər el məzarığında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəhidlərin xatirələrini əbədləşdirmək üçün düzəldilmiş xatirə güşəsinin düzəlməsində yaxından köməklik göstərdikləri üçün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi polkovnik-leytenat Qurban Şirinova, şöbənin əməkdaşı Rövşən Nəcəfova, Qarabağ müharibəsi veteranları Rasim Canaliyevə, Yusifəli Orucova və Şirvan şəhər el məzarlıqının əməkdaşları Kərbəlayi Muxtar Cabbariyə,  Əli Əzizova öz  təşəkkürünü bildirərək,  Fondun Fəxri–Fərmanı ilə təltif etddi.

Sonra, tədbir iştirakçılarından, şəhid ailləri və müharibə veteranları çıxış edərək, həyata keçirilən "Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsıni müsbət qiymətləndirərək, belə bir əhəmiyyətli layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və Azərbaycan Respublikası«Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun kolektivinə öz təşəkkürlərini bildirdilər.

Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi  uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

İslahat.az