20 Avqust 2019
10:49
666

Şəmkirdə yandırılan qadının vəziyyəti kritikdir

Şəmkirdə keçmiş kürəkəni tərəfindən yandırılan 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızının vəziyyəti kritik olaraq qalır.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, həkimlər yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə irəliləyiş əldə etməyin mümkün olmadığını deyiblər. Bildirilib ki, hazırda səylər davam etdirilir. 

Xatırladaq ki, avqustun 19-da Şəmkirin Sarıtəpə kəndində Dəllərcəyir kənd sakini Elmar Məsimov ailə münaqişəsi zəminində keçmiş qayınanasına məxsus evi yandırıb.

Yanğın zamanı evdə onun 24 yaşlı boşandığı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı eks-qayınanası olub. Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və onun 2 yaşlı övladı aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

İslahat.az