07 Yanvar 2019
15:01
2328

Şəmkirdə ər arvadını içki şüşəsi ilə vəhşicəsinə döydü - FOTOLAR

Şəmkirdə qadın həyat yoldaşı tərəfindən döyülərək ölümcül hala salınıb.

İslahat.az xəbər verir ki, Şəmkirin Qaracəmirli kənd sakini, 1985-ci il təvəllüdlü Kazımova Gülnarə Zakir qızı evində həyat yoldaşı tərəfindən döyülüb.

Bununla bağlı qadının qohumları "Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinə müraciət edib. Bildirilib ki, qadının həyat yoldaşı içki alüdəçisi olub. Gecə saatlarında evə içkili vəziyyətdə gəlib və heç bir səbəb olmadan qadını döyüb.

"Təmiz Dünya Qadınlara Yardım” İctimai birliyinin rəhbəri Mehriban Zeynalovanın Oxu.Az-a verdiyi məlumata görə, qadın onlardan kömək istəyib:

"Bu qadını həyat yoldaşı içki şüşəsi ilə döyüb. Ailənin iki uşağı var. Qadın daha əvvəldə bu cür ağır zərbələrə məruz qalıb, lakin övladlarına görə səbr edib. Lakin bu dəfə yoldaşı onu çox ağır vəziyyətə salıb. Hazırda polis əməkdaşları ilə əlaqə saxlanılıb. Qadını döyən əri dərhal saxlanılıb”.

İslahat.az