01 Aprel 2019
15:57
1289

Səmada naməlum obyekt - VİDEO

ABŞ-ın Şimali Florida ştatının sakinləri səmada işıltılı qəribə şar müşahidə edib.

Qeyri-adi obyektin görüntüsünü sakinlər sosial şəbəkələrdə, o cümlədən, "Twitter”də paylaşıb.

Düşən şarı martın 30-da gecə saatlarında görüblər.

Bəzi istifadəçilər zarafatyana şəkildə hansısa superqəhrəmanın yerə endiyini yazıb.

ABŞ-ın Milli Meteoroloji Xidmətinin məlumatına görə, gur işıq, əslində, yerə düşən meteordan çıxıb. İşıltını xidmətin peyklərindən biri qeydə alıb.

Bəzi məlumatlara görə, meteor Florida ştatının Perri şəhəri yaxınlığında düşüb.
 
İslahat.az