28 Mart 2019
13:29
1876

"Selected People Awards 2019" Aprel ayının sonlarında təqdim olunacaq

"Selected People Awards” mükafatı "A Media Group" tərəfindən təsis olunmuşdur. Təşkilat komitəsi tərəfindən təqdim olunan mükafat müxtəlif sahələr üzrə -  İncəsənət Nümayəndələrinə, İdman Sahəsində Çalışanlara, İctimai Xadimlərə, İş Adamlarına, Stilistlərə, Vizajistlərə, Şirkətlərə, Butiklərə, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə təqdim olunacaq. Mükafat əsasən 2019-cu ilin Birinci rübünə əsasən Nominantlara təqdim olunacaq. Sosial şəbəkədə aparılan sorğuların və sahələrinə görə uğur qazanmış insanların adları onlar haqqında məlumatlar toplandıqdan sonra mükafat alanların adları açıqlanacaq.

Mükafatın təsis olunmasında məqsəd hər il öz fəailiyyət sahəsində fərqlənən insanlara (şirkətlərə) sorğular nəticəsində və gördüyü işlərdə qazanmış uğurlara əsasən onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətini qiymətləndirməkdir.

İslahat.az xəbər verir ki , "Selected People Awards” mükafatı bu ilin aprel ayının sonlarında Nominantlara təqdim olunacaq.

Tədbirin informasiya dəstəyi:  İslahat.az  ,  AMVPRESS.AZ
 
İslahat.az