30 Oktyabr 2019
14:19
737

Səhiyyə Nazirliyi: Oqtay Gülalıyev əməliyyat olunur

Səhiyyə Nazirliyi dünən axşam avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Oxu.Az-a bildirilib ki, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib:

"Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər.

Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.
 
İslahat.az