24 Mart 2022
10:30
21680

Şəhidlik zirvəsinə ucalmış Murad Qurbanov və Cavidan İbrahimlinin doğum günü münasibətilə məzarları ziyarət olunub

Martın 23-də  Səbail Raon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidlər Murad Qurbanov və Cavidan İbrahimlinin məzarları ziyarət edilib.

Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Şəhidlərin ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Murad Qurbanov Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə oktyabrın 11-də, Cavidan İbrahimli isə oktyabrın 24-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qurbanov Murad Asif oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları, İbrahimli Cavidan Nizami oğlu "Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.