31 Yanvar 2019
13:14
865

Şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği artır - SABAHDAN

"Sabahdan etibarən şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği artacaq".

İslahat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, təqaüdün məbləği 58 manat artaraq 300 manat müəyyən olunub: "Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı fərman 12 mindən çox şəhid ailəsinə şamil olunacaq".
 
 
İslahat.az