26 Noyabr 2019
16:24
762

Səfər Mehdiyev dövriyyədən çıxarılan qaçaqmalın həcmini açıqladı

Cari ilin 10 ayı ərzində 800 kq narkotik vasitə, 10 milyonlarla qaçaqmal aşkarlanaraq dövriyyədən çıxarılıb.

İslahat.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əldə edilən nəticələr məntəqələrdə quraşdırılan yeni rentgen qurğularının, xüsusilə də ən son standartlara cavab verən "body scan” aparatları hesabınadır.

Komitə sədri onu da qeyd edib ki, son iki il ərzində iki tona yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

İslahat.az