30 Avqust 2022
13:59
18738

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi "Altın Zirve Ödülleri 2022" mükafatına layiq görülüb

Şəfa Müalicəvi Diaqnostika Mərkəzi "Altın Zirve Ödülleri 2022 " mükafatına layiq görülüb.

Bu barədə məlumatı İslahat.az saytına Layihənin Beynəlxalq direktoru Enes Furkan Bilgicli və Azərbaycan üzrə direktoru İlmirzə Ağabəyov məlumat verib.

Ötən gün ölkəmizdə baş tutan gecədə bir çox məşhur simalar, incəsənət, media, müxtəlif sahələrdə uğur qazanmış şəxslər və şirkətlər iştirak ediblər. Mükafatçılar sırasında tanınmış "Peşəkar Diaqnostika Mərkəzi - Şəfa Müalicəvi Diaqnostika Mərkəzi" da yer alıb.

Qeyd edək ki, Azərbaycanda ilk özəl tibb mərkəzlərindən biri kimi fəaliyyətinə 1996-cı ildə başlamışdır.Fəaliyyətinin əsas istiqaməti əhaliyə və tibb müəssisələrinə qabaqcıl diaqnostik laborator xidmətlər göstərməkdir. Müasir yüksək texnologiyalı laboratoriyalarımız qısa vaxt ərzində geniş spektrli düzgün və dəqiq analizlərin aparılmasına imkan verir.

İslahat.az