26 Noyabr 2020
13:26
4751

Şəbnəm Tovuzlunun “Vətən sevgisi yoxsa trendə düşmək həvəsi” – FOTOLAR

Sentyabrın 27-dən başlanan vətən müharibəsi noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanat imzalanması Azərbaycan ordusunun qələbəsi ilə başa çatdı.

İslahat.az Doğru.az-a istinadən xəbər verir ki, müharibə başlanan vaxtdan bitənə kimi arxa cəbhədə şou-biznes nümayəndələri də hərbi geyimdə şəkillərini sosial şəbəkələrdə paylaşaraq vətənə olan sevgilərini bildirirdilər. Digərləri isə vətənpərvərlik mahnıları ifa edərək ordumuzu daha da qələbəyə ruhlandırırdılar. Bununla yanaşı bir çox sənətçilərimiz döyüş bölgələrinə gedərək ordumuzda daha da ruh yüksəkliyi yaradırdılar.

Xalqın bəzi təbəqəsi şou-biznes nümayəndələrinin bu cür hərəkətlərini özləri üçün reklam bəziləri isə vətənpərvərlik hissi kimi başa düşərək, qiymətləndirirdilər. Müharibə zamanı hərbi geyimə üstünlük verən şou-biznes nümayəndlərindən biri də Şəbnəm Tovuzlu oldu.

Xanım sənətçi müharibə ərəfəsində "Qarabağ Azərbaycandır” mahnısı üzə çıxararaq, daha da geniş dinləyici kütləsini özünə cəlb edə bildi. Son günlər isə üzündə Azərbaycanın bayrağı əks olunan , maşının üzərindən isə əllərində göylərə qaldırmış üçrəngli bayrağımız olan fotosu və digər fotosunda isə zirvə üzərinə sancılmış bayrağımızla vətən sevgisini görmək olar. Maraqlı ondadır görəsən xanım sənətçimiz bu cür fotoları ilə Vətənə olan sevgisini dönə-dönə bildirmək istəyir yoxsa, sevənlərinin gözündə ucalaraq, trenddə qalmaq istəyir. Yəqin yaxşısını xanım sənətçimiz özü bilər.
 
 
İslahat.az