17 Mart 2022
12:40
21165

Səbail rayonunda yaşayan şəhid ailələri ziyarət edilib

Novruz bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Aparat əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

İlk öncə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının əməkdaşları və şəhid ailələri ilə birlikdə Qarabağ müharibəsində canlarından keçən şəhidlərimizin məzarları ziyarət edilib.

Daha sonra təşkilat nümayəndələri şəhid ailələrinə baş çəkərək, onlara bayram sovqatı verib, qayğıları ilə maraqlanıblar.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, şəhidlərimizə rəhmət, qazilərə şəfalar diləyib.

Muxtar Nağıyev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

İslahat.az