27 Dekabr 2019
16:56
840

Şaxta baba bağçada uşaqlara hədiyyə paylayarkən öldü

Rusiyada Şaxta baba uşaqlara hədiyyə paylayarkən ölüb.

İslahat.az-ın xəbərinə görə, hadisə Murmansk vilayətinin Severomorsk şəhərində baş verib.

Uşaq bağçalarından birində tamaşa zamanı hədiyyələr paylayan Şaxta baba rolunu oynayan 51 yaşlı bir kişi qəfildən ölüb.

Faktla bağlı araşdırma aparılır, ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

İslahat.az