Özbəkistan
Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov
Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin 28 May - Müstəqillik Günü ilə
bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.
İslahat.az xəbər verir ki, o, həmçinin Şavkat
Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə
çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin
Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
İslahat.az