16 Noyabr 2021
12:04
22730

Samir Şərifov 2022-ci il dövlət büdcəsini təqdim etdi – Hansı istiqamətə, nə qədər?

2022-ci il dövlət büdcəsinin əsas istiqaməti işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri və infrastrukturun bərpasıdır.

İslahat.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir dövlət büdcəsindən əhalinin sosial xərclərinə ayrılan vəsaitin gələn ildən 16 milyard 49 milyon manat olacağını bildirib.

"Gələn il üçün ayrılan sosial xərclər cari illə müqayisədə13.5 faiz artıqdır. Növbəti ildən 258 milyon manat aztəminatlı ailələr üçün ayrılacaq. İşsiz şəxslərin məşğulluq dairəsinin genişləndirilməsi üçün isə 272 milyon manat ayrılacaq. Ünvanlı sosial yardım 170 manatdan 200 manata, yaşayış minimumu isə 210 manatadək artırılacaq"

İslahat.az