20 Avqust 2019
13:23
643

"Sahil" metrosu işıqsız qaldı — SƏBƏB

Bu gün metronun "Sahil” stansiyasına elektrik enerjisinin verilməsində fasilə olub.

İslahat.az xəbər verir ki, bununla bağlı açıqlama verən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna metropolitenə gələn elektrik xəttində gərginliyin düşməsi səbəb olub.

"Bu gün saat 10:55-də "Sahil” metrostansiyasına gələn elektrik xəttində gərginlik düşdüyü üçün stansiyada işıqlanma sistemi və eskalatorun fəaliyyəti dayandırılıb. Qısa müddət ərzində eskalatorun fəaliyyəti bərpa olunub. Sərnişinlərlə bağlı isə hər hansı problem yaşanmayıb. Ümumilikdə metrostansiyanın işıqsız qalma müddəti 2-3 dəqiqə, elektrik enerjisinə qoşulma isə 3-4 dəqiqə çəkib”, - deyə B.Məmmədov əlavə edib.

QSC rəsmisinin sözlərinə görə, baş vermiş hadisə qatarların hərəkətinə ciddi təsir etməyib.

İslahat.az