11 Sentyabr 2019
16:44
756

Sabit Səmədova yüksək — VƏZİFƏ VERİLDİ

Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor müavini təyin edilib.

İslahat.az-ın report-a istinadən məlumatına görə, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabit Mirzəxan oğlu Səmədov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Mətləb Ağakərim oğlu Kərimov sentyabrın 2-də öz ərizəsi əsasında Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsindən azad olunub. O, 2016-cı ildən Kürdəmir rayon Kənd Təsərrüfatı İdarəsinin, qurumun adı dəyişdikdən sonra isə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışırdı.
 
İslahat.az