25 Noyabr 2021
11:49
20284

Sabirabadda kişi avtomobilin içində yanaraq öldü

Sabirabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

İslahat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonunun Bulduq kəndində KIA markalı minik avtomobili yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

İslahat.az