Sabahdan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15 faiz gömrük rüsumu tətbiq olunacaq.
İslahat.az xəbər verir ki, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə görə, sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə avtomobil benzini 15 faiz gömrük rüsumundan azad edilib.
Rüsumun müvəqqəti ləğvi ilə bağlı müəyyənləşdirilmiş 90 gün müddəti sabah başa çatacaq və qərar qüvvədən düşəcək.
İslahat.az