03 Mart 2020
11:20
569

Röya koronavirusa görə konsertini təxirə saldı

Xalq artisti Röyanın Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan "Nazlı" adlı solo konsertinin tarixi dəyişdirilib.

"Report”un xəbərinə görə, xalq artisti bildirib ki, nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3 000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq bu qərarı verib.

Xalq artisti solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini qeyd edib.

İslahat.az