02 Mart 2019
18:07
1745

Rövşən Nəcəfov “Odlar Yurdu - 2018” Milli Mükafatına layiq görülüb

 

İslahat.az xəbər verir ki, 24 fevral 2019-cu il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Tonika Group” tərəfindən "Odlar Yurdu - 2018" Milli Mükafatı sahiblərinə təqdim edilib. 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, qala gecə təşkil olunub.

Qala gecədə Millət vəkilləri, Nazirlik əməkdaşları , Mədəniyyət və İncəsənət xadimləri, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, İş adamları və müxtəlif sahələrdə fəaliyyət göstərən peşə sahibləri mükafatlandırılıb.

Rövşən Nəcəfov "Odlar Yurdu - 2018” Milli Mükafatına "İctimai Xadim” olaraq layiq görülüb.

Mükafat, təşkilat komitəsinin araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub.

"Tonika Group”un təsisçi-direktoru Nicat Həsənzadə "production"ın illik fəaliyyət planı barədə məlumat verib.

O qeyd edib ki, mükafatlandırılma artıq 3-cü dəfədir təşkil olunur. Hər olduğu kimi ilin yekun nəticələrinə əsasən, növbəti ilin ilk aylarında da təşkil olunacaq.

Qeyd edək ki, Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir. "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

İslahat.az