11 Dekabr 2018
12:00
5561

Rövşən Nəcəfov “İLİN FAVORİTİ 2018” Milli Mükafatına layiq görülüb

İslahat.az xəbər verir ki, 7 dekabr 2018-ci il tarixində Şou Prodakşnın (Show Production) təşkilatçılığı ilə "İLİN FAVORİTİ 2018" Milli Mükafatı keçirilib.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən müğənnilərə, aktrisalara, jurnalistlərə, TV-lərə, modellərə, modelyerlərə, stilistlərə, vizajistlərə, iş adamlarına və müxtəlif peşə fəaliyyəti sahiblərinə "İLİN FAVORİTİ 2018" Milli Mükafatı təqdim olundu.

Rövşən Nəcəfov "İLİN FAVORİTİ 2018” Milli Mükafatına "İctimai Xadim” olaraq layiq görülüb.

Qeyd edək ki, Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir. "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.


İslahat.az