15 İyun 2021
20:33
21557

Rüşvət verən valideynlərin pulu geri qaytarıldı və ya 36 nömrəli tam orta məktəbdə NƏ BAŞ VERİR?

Son zamanlar orta məktəblərdə müxtəlif formalarda pul yığılması, həmçinin xalq dili ilə desək, nəyinsə müqabilində "şirinlik” alınması hallarının artması barədə məlumatlar bir-birini əvəz edir. Bir-birini dayanmadan əvəzləyən belə məlumatları araşdırılmağı qərara aldıq. Ən azından söylənilən hansısa fikirlərin nə dərəcədə doğru olduğunu öyrənmək peşə borcumuzdur. Həm də islami nöqteyi-nəzərdən kiminsə haqqına girmək günahdır.

İslahat.az Qaynarxett.az-a istinadən xəbər verir ki, məktəblərdə bir cox problemlər nəinki azalıb əksinə köhnələrə yeniləri də əlavə olunub. Bəzi valideynlər şikayət edirlər ki, məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pul yığılır. Məlumata görə, Bakı şəhəri 36 №-li tam orta məktəbində keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlanıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırılıb. Valideynlər şikayət edir ki, bunun ücün direktora 5-10 manat vermək bir yana, üstəlik vinetka ücün 60 manat pul da ödəməliyik. Əgər məktəbin bütün irili-xırdalı xərcləri onların boynunda olacaqsa, onda uşağı məktəbə qoymasınlar, elə özləri evdə öyrətsinlər. Əməkdaşımıza yaxından tanıdığı bir valideynin övladının bu il 9-cu sinfi bitirdiyini və ən əsası natamam orta təhsil haqqında şəhadətnamənin alınmasında çətinlik çəkdiyini söyləyir. Zavallı valideynin düşdüyü durum maddi məsələ ilə əlaqədar olduğunu öyrəndikdə bir qədər təəccüblənir. Dərhal bir sual yarandı – Uşağın natamam orta təhsil haqqında şəhadətnaməni alması üçün pul nəyə lazımdır? Söhbət əsnasında aydın oldu ki, 36nömrəli tam orta məktəbdə o qədər də qənaətbəxş səviyyədə oxumayan şagirdin valideyni övladının məktəbdə təhsilini davam etdirməsi və 10-cu sinfə keçməsi üçün kafi qiymətlərlə lazımi qədər bal topladığı əks olunan sənədin verilməsi üçün, rüblük qiymətlərin şışırdilməsi ücün sinif rəhbərlərinə 500-600 və daha cox AZN "şirinlik” verməlidir. Bizim tanışımızın isə 500 AZN-i olub, 100 AZN isə düzəldə bilməyib və borc axtarırdı. Onun rəhbərlik etdiyi məktəbi nümunə olaraq göstərdiyimiz üçün hörmətli direktor Emilya Səfərəliyeva bəlkə də əsəbiləşəcək. Ancaq valideynlə söhbət əsanasında həmin məktəbdə rüblük qiymətlərin kafi, yaxşı, yaxud əla olması üçün uyğun məbləğdə "ödəniş” alındığı, məzun kitabçalarının hazırlanması üçün hər il siniflər üzrə şagird başına 60 manatdan pul yığıldığı da söylənilir. Düzdür, bu deyilənlər təkcə 36 №-li tam orta məktəbdə baş vermir. Azərbaycanın demək olar ki, bütün orta məktəblərində eyni mühit hökm sürür. Biz valideynin söylədikləri ətrafında yaranan fikirləri nəzərinizə çatdırdıq. Eyni zamanda məktəb rəhbərliyinin qeyd edilən məqamlara münasibətini də oxucuların diqqətinə çatdırmaq istərdik. Biz sadəcə öz peşə borcumuzu yerinə yetirməklə məşğuluq. Bizim işimiz nöqsanları ictimailəşdirmək və onların aradan qaldırılmasına çalışmaqdır. Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq. Məktəb direktoru ilə telefon əlaqəsi qurmaga calışdıq. Lakin telefonu acan olmadı. Təhsil Nazirliyi qətti şəkildə bildirir ki, məktəblərdə hər hansı bir məqsədlə şagirdlərdən pul yığılmamalıdır. Təhsil eksperti Kamran Əsədovun da sözlərinə görə, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir: "Təəssüf ki, buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə şagirdlərdən pul yığılır”. Ekspert qeyd edib ki, hər il dövlət büdcəsinin vəsaiti hesabına yüzlərlə məktəb binası tikilib istifadəyə verilir, təmir olunur: "Təhsil ocaqları lazımi səviyyədə bütün avadanlıqlarla təmin olunur. Heç bir əlavə ləvazimatlara ehtiyac olmadığı halda məktəblərdə bu edilir. Bundan başqa, KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) sınaq imtahanları üçün şagirdlərdən pul yığılır ki, bu da yolverilməzdir. Çünki dövlət tərəfindən bütün məktəblər lazımi sayda printer və kağızla təmin olunur. P.S Bakı şəhəri, 36 №-li tam orta məktəbdə iddia olunan bu məsələ Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinə yönləndiriləcək və xidməti araşdırma aparılması xahiş olunacaq. BİZİ İZLƏYİN! Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az

İslahat.az