09 Dekabr 2019
15:11
687

Rusiyaya şok qadağa: Olimpiya və dünya çempionatında iştirak edə bilməyəcək

Rusiya dopinq laboratoriyası məlumatlarını manipulyasiya etməsi ittihamlarına görə dörd illik qadağa ilə üzləşə bilər.

İslahat.az xəbər verir ki, bu barədə qərar İsveçrənin Lozanna şəhərində keçirilmiş Dünya Anti-Dopinq Agentliyinin (WADA) iclasında qərar çıxarılıb.

Bu üzdən Rusiya idmançılarının 2020 Tokio Yay Olimpiya Oyunları, 2022 Pekin Qış Olimpiadası, həmçinin 2020-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakı əlindən alına bilər. Rusiyanın idman naziri Pavel Kolobkov bu məsələyə şərh vermək istəməyib.

WADA-nın qərarına baxmayaraq, bu qadağa AVRO-2020-nin ev sahiblərindən olan Rusiyanın yarışda iştirakını məhdudlaşdırmayacaq.

Qeyd edək ki, Rusiya Anti-Dopinq Agentliyi (RusADA) bu ilin əvvəlində dopinq test məlumatlarının təhrif olunmasında günahlandırılıb. RusADA-nın rəhbəri Yuri Qandus da təsdiqləyib ki, kimsə laboratoriyadakı dopinq test nəticələrini dəyişdirib və ya ləğv edib.

İslahat.az