02 İyul 2020
12:07
361

Rusiyada son sutkada 147 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusa 6 760 yoluxma halı və 147 ölüm faktı qeydə alınıb.

İslahat.az xəbər verir ki, bu barədə Koronavirusun Yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 661 165 nəfərə çatıb. İndiyədək virusdan 9 683 nəfər ölüb. Ümumilikdə, koronavirusa yoluxan 428 978 nəfər sağalıb.
 
İslahat.az