25 May 2020
12:11
449

Rusiyada son gündə daha 8 946 nəfər koronavirusa yoluxub

Rusiyada son bir gündə daha 8 946 nəfərə koronavirus diaqnozu qoyulub.

İslahat.az  xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 353 427 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 92 nəfər artaraq 3 633-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 118 798 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 560.

Qeyd edək ki, mayın 24-də Rusiyada 8 599 yoluxma, 153 ölüm faktı qeydə alınmışdı.
 
İslahat.az