23 May 2020
11:44
423

Rusiyada son gündə 9 434 nəfər koronavirusa yoluxub

Rusiyada son bir gündə daha 9 434 nəfərə koronavirus diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 335 882 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 139 nəfər artaraq 3 388-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 107 936 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 190.

Qeyd edək ki, mayın 22-də Rusiyada 8 894 yoluxma, 150 ölüm faktı qeydə alınmışdı.
 
İslahat.az