22 May 2020
11:39
406

Rusiyada son gündə 8 894 nəfər koronavirusa yoluxub

Rusiyada son bir gündə daha 8 894 nəfərə koronavirus diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 326 448 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 150 nəfər artaraq 3 249-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 99 825 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 988.
 
İslahat.az