26 May 2020
11:40
382

Rusiyada son bir gündə daha 8 915 nəfər koronavirusa yoluxub

Rusiyada son bir gündə daha 8 915 nəfərə koronavirus diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 174 nəfər artaraq 3 807-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 131 129 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 830.
 
İslahat.az