03 Avqust 2020
12:38
131

Rusiyada son bir gündə daha 5 394 nəfər COVID-19-a yoluxub

Rusiyada son bir gündə daha 5 394 nəfərə COVID-19 diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 856 264 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 79 nəfər artaraq 14 207-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 653 593 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 693 nəfər.
 
İslahat.az