15 Mart 2019
12:09
629

Rusiyada polisə rüşvət verən azərbaycanlı tutuldu

Rusiyanın Perm diyarının Beryozniki rayonunda 29 yaşlı Azərbaycan vətəndaşı rüşvət verdiyinə görə bir il yarım azadlıqdan məhrum edilib, 150 min rubl məbləğində (dörd min manat - red.) cərimələnib.

Bu barədə Perm prokurorluğu məlumat yayıb.

Azərbaycanlı müttəhimin 2018-ci ilin noyabr ayında saxlanıldığı bildirilir. Yoxlanış zamanı üzərində Rusiya ərazisində yaşamağa icazə verən heç bir sənəd olmayıb. Ondan polis şöbəsinə keçməsini xahiş ediblər.

Yolda azərbaycanlı Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşına sərbəst buraxılması müqabilində 30 min rubl (təxminən 800 manat - red.) məbləğində rüşvət verib.

Qanunsuz hərəkətin qarşısını dərhal alınıb və o saxlanılıb.

İslahat.az