19 Mart 2020
12:28
321

Rusiyada koronavirusa yoluxmuş şəxs öldü

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxmuş yaşlı qadın ölüb.

İslahat.az xarici mediaya istinadən xəbər verir ki, Moskvada xəstəxanaların birində 79 yaşlı qadın həyatını itirib. Məlumata görə, qadının ölümünə bir sıra xronik xəstəliklər də səbəb olub. 
Qeyd edək ki, bu günə qədər ölkədə 147 yoluxma faktı qeydə alınıb.

İslahat.az