09 Avqust 2020
12:40
541

Rusiyada koronavirusa 5 189 yeni yoluxma qeydə alınıb

Son sutkada Rusiyada koronavirusa 5 189 yeni yoluxma qeydə alınıb.

İslahat.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da ölkədə koronavirus xəstələrinin ümumi sayı 887 536 nəfərə çatıb. 

Son sutkada daha 3 215 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə koronavirusdan sağalanların ümumi sayı 693 422 nəfərə yüksəlib.
 
İslahat.az